Ticarət mərkəzindən 300-dən çox kirpi müsadirə edildi
ABŞ polisi Miçiqan ştatında ticarət mərkəzində qanunsuz saxlanan 300-dən çox kirpini müsadirə edib. ONN media bildirir ki, polisə daxil olan zəngdən sonra həmin ünvanda axtarış aparılıb. Nəticədə kirpilərlə yanaşı, 2 kenquru, tovuz quşu, şimal tülküsü və uzunluğu 5 metr, çəkisi 90 kiloqrama yaxın olan piton müsadirə edilib. Qeyd olunur ki, heyvanları qanunsuz saxlayan şəxs barəsində cinayət işi açılıb.
