Tramp Qrenlandiyanı almaq istəyir?

Tramp Qrenlandiyanı almaq istəyir?

ABŞ prezidenti Donald Trampın iqtisadiyyat üzrə məsləhətçisi Larri Kudlou Trampın Qrenlandiya adasını alması ilə bağlı ideyasını təsdiq edib. ONN media xəbər verir ki, onun sözlərinə görə, Danimarka hakimiyyətinin bu məsələni müzakirə etməkdən imtina etməsinə baxmayaraq, Ağ Ev Yer kürəsinin ən böyük adasının alınması imkanını araşdırır. “Vəziyyət inkişaf edir, biz bunu öyrənirik. Qrenlandiya Danimarkaya aiddir. Danimarka bizim müttəfiqimizdir, Qrenlandiya isə strateji yerdir... Mən sadəcə deyirəm ki, prezident mülkün alınması imkanını öyrənmək istəyir”, - Kudlou “Fox News” telekanalına müsahibəsində deyib. Daha əvvəl Qrenlandiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, ada biznes və turizm üçün açıqdır, amma o satılmır. Xatırladaq ki, Ağ Evdəki məlumatlı mənbələrə istinadən “Wall Street Journal” qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp dünyanın ən böyük adası olan Qrenlandiyanın alınması ideyasına baxır.(publika.az)

Geri qayıt