Kürdəmirdə traktor yandı

Kürdəmir rayonunun Xəlsə kəndində "Belarus" markalı traktor yanıb. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən xəbərə görə, traktor qoşqusunun yanar konstruksiyaları və qoşquya yığılan 4 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.