4 yaşlı uşaq binadan yıxıldı - Mingəçevirdə FACİƏ

4 yaşlı uşaq binadan yıxıldı - Mingəçevirdə FACİƏ


Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb.
ONN media xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsində yerləşən fəhlə yataqxanasında baş verib. Belə ki, valideyn nəzarətindən yayınan 2015-ci il təvəllüdlü Şirəliyev Məhəmməd Elvin oğlu yaşadığı beşmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb. Ağır xəsarət alan azyaşlı təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Geri qayıt