İndoneziyada bərə yandı - Onlarla sərnişin...

İndoneziyada bərə yandı - Onlarla sərnişin...

İndoneziyanın Yava adası sahillərində bərədə yanğın baş verib. ONN media xəbər verir ki, hadisə nəticəsində 30-dan çox sərnişin itkin düşüb. Qeyd olunur ki, Surabaya şəhərindən Balikpapana doğru hərəkət edən bərədə 277 sərnişin olub. Onların böyük əksəriyyəti xilas edilib. Axtarış-xilasetmə işləri davam etdirilir. Yanğının səbəbləri hələlik məlum deyil.

Geri qayıt