"İntepol" daha bir azərbaycanlını axtarır

"İntepol" daha bir Azərbaycan vətəndaşı barədə axtarış elan edib. ONN media bildirir ki, 1969-cu il təvəllüdlü Vaqif Kərimov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir. İstintaq orqanı V.Kərimov barədə cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb. Nəticədə, onun barədsində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib. İstintaqdan yayınan V.Kərimov "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.(trend)