Türkiyədə Pəncə 3 əməliyyatı başladı

Türkiyə ordusu İraqın şimalındakı Sinat-Xaftanin bölgəsində PKK-ya qarşı Pəncə-3 əməliyyatına başlayıb.
ONN media xəbərr verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyatın məqsədinin Türkiyə sərhədlərinin təhlükəsizliyinin təminatı, terrorçuların məhvi olduğu bildirilib.
Qeyd edək ki, Türkiyə may ayında Pəncə-1 əməliyyatına start verib. İyul ayında əməliyyat genişləndirilib və Pəncə-2 adını alıb.