Rusiyadan Ərdoğana İNANILMAZ TƏKLİF

Rusiyadan Ərdoğana İNANILMAZ TƏKLİF

Türkiyəyə ortaq bir təklifimiz var: Cümhuriyyətinizin yüzüncü ilini kosmik orbitə türk astronavt göndərərək qeyd etmək. Kosmonavt Təhsil Mərkəzi buna hazırdır. ONN media xəbər verir ki, bu təklifi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi “MAKS-2019” Beynəlxalq Aerokosmik Sərgisində Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbəri Dmitri Roqozin səsləndirib. Prezident Ərdoğan təklifi məmnuniyyətlə qarşılayıb. “Hörmətə layiq işlərinizdə iştirak edəcəyik. İşlərinizə görə ölkəmiz adından təşəkkür edirəm”, - Türkiyə lideri deyib.(publika)

Geri qayıt