Roza Zərgərli Əkbər Əliyevlə sevgili oldu
Azərbaycanın pop müğənnisi Roza Zərgərli "Mənə öyrət" adlı yeni klipini tamaşaçılara təqdim edib. ONN media xəbər verir ki, o, yeni çəkilmiş klipini "Youtube" kanalında yayımlayıb. Ekran işində ona həmkarı Əkbər Əliyev yardımçı olub. Belə ki, gənc müğənni Əkbər klipdə Rozanın sevgilisi obrazını canlandırıb. Tamaşaçıların ixtiyarına yenicə verilmiş mahnının sözləri Əli Qafarlıya, musiqisi isə Ruslan Səfəroğluna aiddir. Klipi Emin Hüseynov ekranlaşdırıb. https://www.youtube.com/watch?v=fVvp_hYW66E
