Yeniyetmə qızı elektrik cərəyanı öldürdü - BƏDBƏXT HADİSƏ

Yeniyetmə qızı elektrik cərəyanı öldürdü - BƏDBƏXT HADİSƏ

Neftçalada yeniyetmə qızı elektrik cərəyanı vurub. ONN media bildirir ki, hadisə bu gün saat 17:00 radələrində rayonun Boyat kəndində baş verib. Kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyeva Zərifə Mahir qızı evdə elektrik cihazını elektrik şəbəkəsinə qoşmaq istəyib. Bu zaman ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb. Hazırda faktla bağlı araşdırma aparılır.

Geri qayıt