Türkiyə Hərbi Hava Qüvvələri Bakıda - VİDEO

"TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Azərbaycana gəlib.
Bu barədə ONN media -ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək.