Yaşlı ana böyrəyini oğluna bağışladı

Yaşlı ana böyrəyini oğluna bağışladı

65 yaşlı ananın donorluğu ilə aparılan əməliyyat uğurla başa çatıb. Bu barədə  ONN media -ya Səhiyyə Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 38 yaşlı pasiyentə köçürülən böyrəyi orqanizm qəbul edib. Böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsində həyata keçirilib.

Geri qayıt