Qətərdən çağırış- Talehləri ilə oynayırlar!

Qətər hökuməti Yəməndəki münaqişə tərəflərinə əhatəli milli dialoqa qayıtma çağırışı edib.
ONN media xəbər verir ki, bununla bağlı Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
“Ədən və Ebyəndəki hərbi prosesləri, qanlı qarşıdurmaları dərin təəssüf hissi ilə izləyirik. Yəməndəki bu müharibə uzandı və humanitar fəlakət gözardı edilməyəcək qədər dərinləşdi. Son hadisələr Yəmən xalqının taleyi ilə oynamağa edilən cəhdin açıq sübutudur. Ölkənin birliyinin və təhlükəsizliyinin qorunması üçün Yəmən xalqının yanındayıq”, - deyə bildirilib.