Qonşu ölkənin hökumətində dəyişikliklər olacaq

Qonşu ölkənin hökumətində dəyişikliklər olacaq

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası hökumət dəyişiklikləri ilə bağlı yekun qərar qəbul edib. ONN media xəbər verir ki, bu barədə yerli "Interpressnews" agentliyi məlumat yayıb. Məlumata əsasən, baş nazir Mamuka Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Daxili İşlər Nazirliyinə isə hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili rəhbər təyin olunacaq. Hökumətdəki dəyişikliklərlə bağlı gələn həftə rəsmi bəyanatın veriləcəyi gözlənilir.

Geri qayıt