Azərbaycanda 100 min manata helikopter satılır

Azərbaycanda 100 min manata helikopter satılır

Azərbaycanda Mİ-8 MTV1 helikopteri hərraca çıxarılacaq. Bu barədə ONN media -ya Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Helikopter 1991-ci ildə istehsal olunub. "Azərbaycan Hava Yolları" QSC-yə aiddir. Bu hava nəqliyyatı vasitəsinin start qiyməti 100 min manat olacaq.

Qeyd edək ki, Mİ-8 MTV1 helikopter planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır. Hərrac oktyabr ayının 1-də keçiriləcək.
Geri qayıt