Qaxda kişi meyiti tapıldı

Qax rayonunda kişi meyiti tapılıb. ONN media bildirir ki, bu gün axşam saatlarında Kürmük çayı yaxınlığında meyiti tapılan şəxsin ikin müayinə zamanı Ağdam rayon sakini, 1950-ci il təvəllüdlü Şəfa Əvəz oğlu Behbudov olduğu müəyyənləşib. Onun ürəktutmasından öldüyü ehtimal edilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nzirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.