Əhaliyə XƏBƏRDARLIQ - Təhlükəli qasırğa yaxınlaşır

Atlantik okeanı üzərində formalaşmış “Fernand” tropik qasırğası Meksika sahillərinə yaxınlaşır. ONN media xəbər verir ki, hazırda qasırğa Tamaulipas ştatından 150 kilometr məsafədədir. Küləyin sürətinin saniyədə 23 metrdən çox olduğu deyilir. Qasırğa leysan yağışlarla da müşayiət olunacaq.
Meksikanın şimal-şərq sahillərində qasırğa xəbərdarlığı edilir. “Fernand”ın ABŞ-ın Texas ştatına da toxunacağı gözlənilir.