Sima Mirzəyeva Tiflisdə başından güllələndi

Sima Mirzəyeva Tiflisdə başından güllələndi

Tiflisin Temka rayonunda 62 yaşlı qadın odlu silahla başından vurularaq öldürülüb. ONN media xəbər verir ki, qətl bu gün günorta saatlarında baş verib. Öldürülən qadının Sima Mirzəyeva olduğu bildirilib. Qadının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar edilib. Belə ki, hadisənin baş verdiyi evdə tüstülənmə müşahidə olunub. Əraziyə çağırılan yanğınsöndürənlər evə daxil olarkən qadının öldürülmüş cəsədini aşkar ediblər. Mərhumun qohumları qətlin qisas məqsədi ilə törədildiyini iddia edir. Digər versiyada isə qətlin soyğunçuluq niyyəti ilə törədildiyi və evdən qızıl oğurlandığı bildirilir.(APA)

Geri qayıt