Baş nazir çıxışı zamanı zarafatından qalmadı

İsrailin Baş Naziri Benyamin Netanyahu Böyük Britaniyaya səfərinə dair hesabatda Boris Yeltsinlə görüşdüyünü deyib. ONN media xəbər verir ki, dövlət rəsmisinin çıxışından görüntülər Tvitter sosial şəbəkəsində paylaşılıb. “Mən Londondan çox xoş görüşdən qayıtdım, harada ki, Baş Nazir Boris Yeltsinlə və ABŞ-ın Müdafiə naziri ilə görüşmüşdüm”, - Netanyahu bildirib. Həmkarları dərhal onun sözlərinə düzəliş edib. Baş Nazir isə zarafat etdiyini və bununla onların onu nə qədər diqqətlə dinlədiklərini yoxladığını deyib.
Qeyd edək ki, Netanyahu Böyük Britaniyada Baş Nazir Boris Consonla görüşüb. Boris Yelstin 1991-1999-cu illərdə Rusiya Federasiyasının prezidenti olub. O, 2007-ci ildə vəfat edib.