SEPAH İsraili raket atəşinə tutdu

Gecə saatlarında Suriyadan İsrailə bir neçə raket buraxılıb. Onların heç biri İsrail ərazisinə çatmayıb. ONN media xəbər verir ki, bu məlumatı İsrail Silahlı Qüvvələri öz Tvitter səhifəsində paylaşıb. Raketlərin SEPAH-ın Qüds briqadasının nəzarətində olan qruplaşmalar tərəfindən buraxıldığı vurğulanıb. Rəsmi Təl-Əviv baş verənlərə görə bütün məsuliyyəti Suriyadakı hakim rejimin daşıdığını bildirib.