Türkiyədə güclü zəlzələ BAŞ VERDİ

Türkiyədə güclü zəlzələ BAŞ VERDİ

Türkiyənin Van vilayətində rixter cədvəli üzrə 4,3 bal gücündə zəlzələ baş verib. ONN media Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, yerli vaxtla 12:56-da qeydə alınan yeraltı təkanların episentri Saray rayonunda yerləşib. Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub. Dağıntı və tələfat barədə məlumat yoxdur. Qeyd edək ki, son 1 ay ərzində Türkiyədə təsiri 3 baldan çox olan 10-a qədər zəlzələ baş verib.

Geri qayıt