Təyyarənin hava boşluğuna düşməsi nəticəsində 13 nəfər...

Təyyarənin hava boşluğuna düşməsi nəticəsində 13 nəfər...

Almaniyada “Eurowings” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin hava boşluğuna düşməsi nəticəsində azı 13 nəfər xəsarət alıb. ONN media APA-ya istinadən xəbər verir ki, “Airbus 319” tipli təyyarə İtaliyanın Lamesiya-Terme şəhərindən Berlinə uçurmuş. Teqel hava limanına enməzdən əvvəl təyyarə hava boşluğuna düşüb. Nəticədə xəsarət alan sərnişinlərdən 6 nəfər müxtəlif dərəcəli travmalarla xəstəxanaya yerləşdirilib. Digər 7 nəfərə isə yerində tibbi yardım göstərilib.

Geri qayıt