Ərdoğan ABŞ-a gedir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a gedəcək. ONN media xəbər verir ki, prezident BMT Baş Assambleyasının növbəti iclasına qatılmaq və müxtəlif görüşlər keçirmək üçün sentyabrın 20-də Vaşinqtonda olacaq. ABŞ-da bir çox görüşlərin əsas müzakirə mövzusu Suriya olacaq.
