Məşhur rok ifaçısı evində ölü tapıldı

Məşhur rok ifaçısı evində ölü tapıldı

Amerikalı rok musiqi qrupu "The Cars"ın solisti Rik Okasek 75 yaşında Nyu-Yorkda dünyasını dəyişib.

ONN media xəbər verir ki, polisdən verilən açıqlamada solist, söz yazarı və musiqiçi Okasekin öz evində ölü halda tapıldığı deyilib. Açıqlamada onun ölüm səbəbinin nə olduğunun hələki müəyyən edilmədiyi qeyd edilib.Qeyd edək Okasek Benjamin Or ilə birliktə "The Cars" qrupunu 1976-cı ildə quranlardan biri idi. Bu qrup 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində yayımladıqları "My Best Friends Girl" və "Drive" klipləri ilə şöhrət qazanmışdı. Okasek bir çox məşhur mahnıların söz yazarıdır.

Geri qayıt