Heydər Əliyev prospektində ağır qəza – ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. ONN media xəbər verir ki, sentyabrın 18-də saat 6 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Tovuz rayon sakini S.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rzabala Nizaməddinovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.