Atatürk parkına attraksionlar gətirildi - FOTOLAR

Atatürk parkına attraksionlar gətirildi - FOTOLAR

Paytaxtın Nərimanov rayonunda yerləşən Atatürk parkında ötən ilin sonlarından başlayan təmir və yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. ONN media xəbər verir ki, təmir işləri başa çatan parka müxtəlif attraksionlar və idman alətləri gətirilib. Onların quraşdırılması üçün nəzərdə tutulan ərazidə artıq bir neçə gündür ki, işlər davam etdirilir. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov saytımıza açıqlamasında bildirib ki, hazırda park ərazisində son tamamlama işləri görülür: “Parkda aparılan yenidənqurma işləri artıq başa çatmaq üzrədir. Bir neçə günə tamamlanması nəzərdə tutulur. Attraksionlarla bağlı ətraflı məlumat veriləcək”.

Geri qayıt