Zümrüd Yağmur qızının atası haqqında dediyi sözlərə münasibət bildirdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur qızı Selcan Yağmurun atası ilə bağlı açıqlamasını təsdiqləyib.
ONN media xəbər verir ki, o bu barədə Feysbukda yazıb.
"Bu gün mən kifayət qədər səbirli davrandım. Amma Selcanı mental xəstə çıxarmağa cəhd edənlər, qarşınızda mən varam. Selcan nə xəstədir, nə də yalançı...18 yaşlı bir gənci linç edənlər, sizin vicdanınız varmı ki, ona xitab edim?" – o qeyd edib.
Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur ötən gün sosial şəbəkədə atasının ailədə şiddət, zorakılıq tətbiq etdiyini, illərlə buna dözməyə məcbur olduqlarını, indi isə atasından imtina etdiyini, anası, tanınmış yazar Zümrüd Yağmurun isə boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb.
