Gənc jurnalist həyatını itirdi

Gənc jurnalist həyatını itirdi

Türkiyədə müalicə edilən azərbaycanlı gənc vəfat edib. ONN media xəbər verir ki, bir müddət əvvəl sümük iliyi çatışmazlığı diaqnozu ilə Türkiyədəki özəl klinikalardan birinə yerləşdirilən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Cavid Abbasov dünyasını dəyişib. Onun cənazəsinin sabah Azərbaycana gətiriləcəyi və Gəncədə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Cavid Abbasov 2017-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Geri qayıt