Ərdoğan İmamoğlunun işdən çıxardığı şəxsə vəzifə verdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun işdən çıxardığı Yunus əmrə Ayözənə vəzifə verib. ONN media xəbər verir ki, Nəqliyyat Departamentinin rəhbəri vəzifəsindən çıxarılan Ayözen Dövlət Hava Limanları İdarəsinin baş direktor müavini təyin olunub. Bu barədə Ərdoğan sərəncam imzalayıb.
İmamoğlu Yunus Əmrənin yerinə Taylan Engini gətirib.(qafqazinfo.az)