Yolu azan əsgərimizi ermənilər vurdu, nəşi isə... - RƏSMİ

Yolu azan əsgərimizi ermənilər vurdu, nəşi isə... - RƏSMİ

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Bu barədə ONN media-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub. Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.

Geri qayıt