Rus S-400-ləri atışlara başladı - Video

Rusiyanın S-400 zenit raket kompleksi birləşmələri Buryatiya bölgəsində döyüş atışları həyata keçirib. ONN media xəbər verir ki, bu barədə Rusiyanın Sakit okean donanmasının Hava Hücumundan Müdafiə Qüvvələrinin mətbuat xidməti informasiya yayıb. Raket buraxılışları Telemba poliqonunda icra edilib. Təlimlərdə alayın idarə heyəti, S-400 zenit raket divizionları və “Pantsir” sistemləri, təminat bölükləri iştirak edib. Ümumilikdə təlimlərə 150 hərbçi cəlb olunub. Təlimlər çərçivəsində S-400 komplekslərindən 10 buraxılış icra edilib.