Qış şorbasının hazırlanma QAYDASI

Qış şorbasının hazırlanma QAYDASI

Tərkibi (6-8 pay): 1 yerkökü 1 kiçik qabaq 1 dəstə ispanaq 1 ovuc düyü xəmir: 0,5 st. bulqur su qara istiot pul bibər 2 x.q. un 0,5 yumurta sous: kərə yağı bibər (tomat) pastası sarımsaq nanə limon şirəsi Hazırlanması: Öncə küftələrin xəmirini hazırlayın. Bunun üçün bulquru isti suda isladın, 5 dəqiqə sonra ədviyyat vurun, qarışdırın, yumurta, az-az un əlavə edərək yoğurun. Xırda küftələr tutun. Un səpilmiş siniyə yığın. Yerkökünü xırda doğrayıb kərə və zeytun yağının qarışığında qovurun. İsti su tökün. Küftələri qazana əlavə edin. 5 dəqiqə bişdikdən sonra xırda doğranmış qabağı əlavə edin. 5 dəqiqə bişdikdən sonra doğranmış ispanağı əlavə edib daha 2 dəqiqə bişirin. Sous: 2-3 dolu qaşıq kərə yağını əridin, bibər (tomat) pastası, nanə, 4-5 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın, şorbaya əlavə edin. Zövqə görə limon şirəsi əlavə edə bilərsiniz. Nuş olsun!

Geri qayıt