Bakıda sakinlər festival çərçivəsində binaya çəkilən açıq-saçıq şəkli sildirdilər

Bakıda sakinlər festival çərçivəsində binaya çəkilən açıq-saçıq şəkli sildirdilər


Ötən həftə Azərbaycanda "Maiden Tower. To Be a Woman" ("Qız Qalası. Qadın olmaq") müasir incəsənət festivalı start götürüb.

ONN media xəbər verir ki, tədbirin təşkilatçısı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi olsa da, müxtəlif ölkələrin səfirlikləri ilə əməkdaşlıq edilib. Festivalın əsas mövzusu Azərbaycan qadınının azadlığının 100 illiyi ilə bağlı olub və dünyada qadınların roluna dəstək xarakteri daşıyıb. Qeyd edək ki, festival çərçivəsində isveçli strit-art rəssam Karolina Falkholtun Bakıdakı yerli kombinatların birində çəkilən əsəri yerli sakinlərin heç də ürəyincə olmayıb. 3-cü mikrorayon ərazisində çəkilən rəsm əsərinin müəyyən yerləri sakinlərin etirazından sonra rənglənib. Paytaxt sakinlərindən bir qrupu bununla bağlı yerli polis şöbələrinə də müraciət də edib. Xatırladaq ki, "Maiden Tower. To Be a Woman" festivalı çərçivəsində Bakının digər yerlərində də yaşayış binaları və digər obyektlərə maraqlı rəsmlər çəkilib.  (baku.ws)
Geri qayıt