SSRİ 2024-cü ilə kimi bərpa ediləcək?

Rusiyada 2024-cü ilə qədər Sovet İttifaqının canlandırılması üzrə plan yoxdur. ONN media xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin sözlərini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Belə plan yoxdur”, - Peskov deyib. Xatırladaq ki, Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni bərpa etməyi planlaşdırdığını iddia edib. “Putin 2024-cü ildə, yəni növbəti seçkilər zamanı SSRİ-ni bərpa etmək istəyir. Bu ittifaqa o, Gürcüstan, Ermənistan, Moldova, Belarusiya və Ukraynanı qoşmaq istəyir. Bu onun planıdır", - sabiq prezidenti iddia edib. Qeyd edilib ki, Gürcüstanda SSRİ-nin dağılmasına təəssüflənən insanların sayı artıb.