Maşın şou — “Maskarad” başlayır

Maşın şou — “Maskarad” başlayır


Azərbaycan teleməkanın ən reytinqli layihəsi “Maşın Şou”nun növbəti – “Maskarad” adlı buraxılışı başlayır.

 ONN media xəbər verir ki, “M Group Production” şirkətinin istehsalı olan layihə sabahdan- oktyabrın 1-dən etibarən saat 22.00-da  ATV kanalında yayımlanacaq. Qeyd edək ki, bu, şounun 18-ci buraxılışıdır. Sonuncu dəfə şouda aktrisa  Xəyalə Quliyeva qalib olub.
Geri qayıt