Honkonqda iğtişaşlar - 31 nəfər...

Honkonqda polislə nümayişçilər arasında baş vermiş qarşıdurma nəticəsində 31 nəfər yaralanıb. ONN media xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlardan biri sinəsindən güllə yarası alan məktəblidir. Qeyd edək ki, Honkonqda iyunun 1-dən ekstradisiya haqqında qanun layihəsi ilə bağlı kütləvi etirazlar başlayıb. Ölkə müxalifəti oktyabrın 1-də böyük etiraz yürüşü keçirməyi planlaşdırsa da, onların müraciəti rədd edilib. Ancaq bu, küçələrə çıxan etirazçıları dayandırmayıb. Nümayişçilər şəhərin müxtəlif ərazilərinə toplaşaraq işıqforları və yol çəpərlərini qırıb, hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.