Qəsəbədə kişi meyiti TAPILDI

Sumqayıt şəhərində kişi meyiti tapılıb. ONN media bildirir ki, meyit şəhərin Hacı Zeynalabdin qəsəbəsində aşkarlanıb. Ərazi üzrə 2-ci polis bölməsinə yaxınlıqda bir nəfərin meyitinin olması barədə məlumat daxil olub. Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Əliyev Mehman Taraş oğlu olduğu müəyyən edilib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.