Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdılıb, RİH "yararsız idi" deyir - VİDEO

Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdılıb, RİH "yararsız idi" deyir - VİDEO


ONN media xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov bildirib i ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib.

O bildirib ki, əvvəlki abidə yararsız halda olub: “Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”.

Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib: “Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.

https://www.youtube.com/watch?v=A5cyVwnPBUM&feature=youtu.be
Geri qayıt