İranda generala qarşı sui-qəsd etmək istədilər və...

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymaniyə qarşı sui-qəsd planı ifşa olunub. ONN media xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, xarici dövlətlərin xüsusi xidmət orqanlarının hazırladığı ssenari əsasında generalın Kirman şəhərində keçirilən Aşura mərasimi zamanı qətlə yetirilməsi planlaşdırılıb. Plana uyğun olaraq Aşura mərasimi zamanı iğtişaş yaradılmalı və yaranacaq qarışıqlıq zamanı generala qarşı sui-qəsd edilməli idi. SEPAH-ın kəşfiyyat qrupu planın baş tutmasına mane olub. Sui-qəsdi həyata keçirmək istəyən şəxslərdən üçü həbs edilib. İstintaq davam edir.