Putini təhqir edən jurnalistlə bağlı elə bir QƏRAR VERİLDİ Kİ...

Gürcüstan Baş Prokurorluğu Rusiya Prezidenti Vladimir Putini təhqir edən gürcü jurnalist Georgi Qabuniyanın dindirilməsi ilə bağlı qərar çıxarıb. ONN media xəbər verir ki, bu barədə RİA məlumat yayıb. Bildirilib ki, jurnalist “Rustavi 2”nin hüquqi mənafeyinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, həmçinin vəzifə səlahiyyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsait mənimsəmə ilə bağlı aparılan istintaq çərçivəsində prokurorluğa çağırılacaq. Qabuniya okyabrın 7-də ifadə verəcək.(axar.az)