Ermənistanla sərhəddə atışma- Yaralı var

Ermənistan ordusunun hərbçisi Armen Çaxmaxçyan yaralanıb.
ONN media xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Artsrun Ovannisyan paylaşıb.
O, hərbçinin Azərbaycan tərəfin açdığı atəş nəticəsində yaralandığını bildirib.
Ovannisyan insidentin Tavuş vilayətinin Koti kəndində baş verdiyini deyib.