DƏHŞƏTLİ AVTOBUS QƏZASI - 10 -dan çox insan...

İngiltərənin Devon şəhərində şənbə günü səhər saatlarında avtobus aşıb. ONN media xəbər verir ki, qəzada 10-dan çox adam xəsarət alıb birinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Devon polis idarəsinin açıqlamasında deyilir: "Hadisə yerinə təcili yardım maşınları və xilasetmə vertolyotu göndərilib. Polis əməkdaşları və yanğınsöndürənlər hadisə yerindədir". Qəzanın baş verdiyi magistral hissədəki nəqliyyat müvəqqəti olaraq bağlanıb. Qəzanın səbəbləri araşdırılır.