Ceyranbatanda boru partladı, ətrafı su basdı

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində su borusu partlayıb. ONN media xəbər verir ki, hadisə qəsəbənin mərkəzi küçəsində qeydə alınıb. Belə ki, yaşayış binasının girişində su borusunun partlaması nəticəsində ətrafı, hətta Bakı-Quba yolunu belə su basıb.