Keçmiş nazir AKP-dən istefa verdi

Türkiyənin keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihat Ergün üzvü olduğu AKP-dən istefa edib. ONN media xəbər verir ki, Ergünün daha əvvəl AKP-dən ayrılan Əli Babacanın quracağı yeni partiyada yer alacağı deyilir. Keçmiş nazir istefa qərarını hələ sentyabrın 13-də e-dövlət vasitəsilə elan etdiyini bildirib.
Onun sözlərinə görə, bu qərarı ailə üzvləri və dostları ilə məsləhətləşəndən sonra verib.(qafqazinfo.az)