Təyyarə qəzaya uğradı

İtaliyada tək mühərrikli təyyarə yüksək gərginlikli elektrik xətlərinə toqquşub və orada asılı qalıb. ONN media bildirir ki, hadisə İtaliyanın şimalında Alp dağlarına yaxınlığında Prato Valentino adlı yerdə baş verib. Pilot kabinədən çıxaraq təyyarənin qanadının üzərində oturub və xilas edilməyi gözləyib.