Ard-arda zəlzələ BAŞ VERDİ

Mərmərə dənizinin Yalova sahillərində 4,0 bal gücündə zəlzələ olub. ONN media xəbər verir ki, təkanlar İstanbulda da hiss edilib. Zəlzələ Yalovanın 3,71 kilometr uzaqlığında 10,66 kilometr dərinlikdə baş verib.
İlk təkandan sonra 5 dəqiqəlik fasilə ilə 3,0 və 3,2 bal gücündə ard-arda zəlzələlər olub.