Almaniya Rusiya sərhədində ordusunu artırır- Nə baş verir?

Almaniya Rusiya sərhədində ordusunu artırır- Nə baş verir?

Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasının fəaliyyətini dayandırmasıyla əlaqədar Almaniya NATO ilə Baltikyanı ölkələrdə öz hərbi missiyasının genişləndirilməklə əlaqədar olaraq məsləhətləşmələr aparmaq niyyətindədir. ONN media xəbər verir ki, bunu Almaniya Müdafiə naziri Anneqret Kramp Karrenbauer Litvaya səfəri zamanı deyib. Litva Müdafiə naziri Raymundas Karoblis isə öz növbəsində NATO ölkələrini Litvada hava hücumundan müdafiə qüvvələrini genişləndirməyə çağırıb. Qeyd edək ki, NATO qüvvələri Baltikyanı ərazilərdə 2017-ci ildə yerləşdirilib. Litvada yerləşdirilən NATO batalyonunun komandanlığını üzərinə Almaniya götürüb. Burada 1200 hərbçi yerləşib.

Geri qayıt