Bakıda bu yollar bağlanacaq - Tarix açıqlandı

Bakıda bu yollar bağlanacaq - Tarix açıqlandı


Aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən 3 küçədə yol bağlanacaq.
ONN media-ya bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Verilən məlumata görə, Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.
Geri qayıt