11 yaşlı uşaq itkin düşdü - BAKIDA

11 yaşlı uşaq itkin düşdü - BAKIDA

Bakının Binəqədi rayonunda 11 yaşlı uşaq itkin düşüb. ONN media bildirir ki, oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi döngə 1-də yaşayan 2008-ci il təvəllüdlü F.Hüseynov evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Jalə Hüseynova Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt