“Tofaş” “Opel”lə toqquşdu - Ölən var

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. ONN media xəbər verir ki, hadisə H.Ələsgərov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Nurlan Bağırovun idarə etdiyi “Tofaş Şahin” markal maşın işıqforun qırmızı işığında yolu keçib, qarşıdan gələn 1996-cı il təvəllüdlü Rəşad Şərifovun idarə etdiyi “Opel Astra” markalı maşınla toqquşub. Nəticədə, “Tofaş Şahin”də olan sərnişin hadisə yerində ölüb. Fakt araşdırılır.